ŞOK! Biləsuvarda toy gecəsi dəhşətli hadisə
  • Biləsuvar rayon Məhkəməsində seksual xarakterli zorakılıq və xuliqanlıqda ittiham olunan rayon sakini, 1983-cü il təvəllüdlü İ.Q.-nın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, İ.Q. Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 150.1(zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiqetmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham olunub.

İ.Q. 2011-ci ilin yayında həmyerlisi A.Q. ilə ailə həyatı qurub. Amma evləndiyi qız bakirə olmayıb. İ.Q. toy gecəsi qızdan onun bakirə olmamasının səbəblərini soruşub. Toy gecəsi bakirə çıxmayan gəlin uşaqkən dayısı oğlu tərəfindən zorlandığını deyib.

İ.Q. həyat yoldaşının düz dediyini yoxlamaq üçün ondan dayısı oğlunu məhkəməyə verməyi tələb edib. Lakin qadın bundan imtina edib və arada narazılıq yaranıb. Toy gecəsi İ.Q. qızı döyüb və evdən qovub. A.Q. döyülmüş vəziyyətdə ata evinə üz tutub. Övladlarının qan içərsində evlərinə döndüyünü görən Qulizadələr ailəsi polisə üz tutublar. Biləsuvar rayon Polis Şöbəsinə şikayət edən Qulizadələr ailəsi qızlarının toy gecəsi İ.Q. tərəfindən zorlandığını bildiriblər.

Bu hadisədən sonra İ.Q. qaçaraq gizlənib. 6 ay ərzində axtarışda olan İ.Q. ötən il dekabrın 25-də Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həbs edilib. O, polis şöbəsində dava salaraq, polisə tabe olmayıb və özünü yandıraraq intihar etmək istəyib. Həmin vaxt polis intihara cəhdin qarşısını alıb.

Məhkəmədə ifadə verən İ.Q. elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, A.Q.-nın toy gecəsi bakirə olmadığını öyrəndikdən sonra onunla yaşaya bilməyəcəyini deyib və evdən çıxarıb.

Onun sözlərinə görə, bu səbəbdən də Qulizadələr ailəsi qisas almaq məqsədilə ona şər atıblar.

Zərərçəkmiş qismində məhkəmə iclasında ifadə verən A.Q. toy gecəsinə kimi bakirə olduğunu və təqsirləndirilən şəxs tərəfindən zorlandığını bildirib.

Hakim Azər Səmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə İ.Q. 3 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.