FOX.AZ Mobil versiya
Mobil versiya
25.10.2012
Dilimizdə yaxşı bir misalı var - "Səhər yeməyini özün ye". Sən demə bu çox doğru sözdür.

Çünki səhər yeməyi gün ərzində ən faydalı, arıqlamağa kömək edən qidadır. Belə ki, səhər nə qədər yaxşı yesəniz, gün ərzində artıq kalori yığmayacağınıza zəmanət almış olursunuz. Səhər yeməyini ötürmək, bir fincan çay və ya kofe ilə yola vermək isə artıq çəki toplamağa kömək edir.

Amerikalı diyetoloqlar bir il ərzində yüzlərlə insanın qidalanma rejimini araşdırıblar. Məlum olub ki, səhər yeməyindən imtina edənlər çəki artırmağa daha çox meyillidirlər. Onlarda piylənmə, pis xolestrola sahib olmaq riski yüksəkdir.
Səhər yeməyinə kifayət qədər vaxt ayıranlarda isə bu meyillik daha az olub. Bundan əlavə onlar sonrakı qida qəbulu zamanıda az yeyiblər. Belə ki, yeməyənlər yeyənlərə nisbətən gün ərzində 12 faiz daha çox kalori qəbull edir.

Eksprement nəticəsində bəlli olub ki, səhər yeməyini ötürənlər nahar və şam yeməkləri zamanı daha yağlı yeməklərə,fast fuda üstünlük verirlər. Belə insanların sağlamlıqlarında da ciddi problemlər ola bilir. Xüsusilə mədə bağırsaq sistemi, təzyiq, yuxusuzluq. Bununda səbəbi aydındır: səhər yeməyi yeməyən insanlar adətən axşam saat 21:00-dan sonra şam edirlər. Nəticədə onlar dolu mədə, ağırlıq hissi ilə yatırlar. Buda yuxarıda qeyd edilən problemlərin yaranmasına yol açır.

Bəs səhər nə yeyək?
Daha yaxşı olar ki, səhər yeməyinin tərkibində zülal, yağlar, karbohidrat olsun. Səhər kalori qəbuluna elədə ciddi fikir verməmək lazımdır. Çünki saat 12:00-a kimi orqanizmdə maddələr mübadiləsi prosesi nisbətən sürətlə gedir. Lakin bununla belə yemək ağır olmamalıdır.

Səhər yeməyi üçün ən yaxşı meyvə banadır. O, nişasta, zülalla boldur. Mədə şirəsinə yaxşı təsir göstərir və orqanizmi enerji ilə təmin edir. Toyuq yumurtası da orqanizmin ən yaxşı mənimsədiyi məhsuldur. Onun sarısında insan üçün lazım olan bütün vitaminlər var.

Vüsalə Telmanqızı

← Geriyə
← Kulinariya
← Ana səhifə
Veb versiyaya keçid
© 2002-2015, FOX.AZ MMC
Bütün hüquqlar qorunur.
Saytın istehsalı və dəstəyi
Shukurzade & Company