FOX.AZ Mobil versiya
Mobil versiya
08.10.2013
BBC-də yayımlanan İngiltərənin məşhur `TopGear` verilişi özünəməxsus maşın sınaqları ilə məşhurdur.

Sınaqlar maşınları müxtəlif səthli yerlərdə yarışdırmaqla keçir. Maşınların əsl gücünü göstərmək üçün yaralı olan bu sınaqlar, maşınlar göstərilən hədəfi edə bilmədikdə antireklam xarakteri də daşıyır.

Bu dəfə ki, sınaq isə maşınların seçimi ilə fərqlənir. Bir dərəfdə cazibədar `Range Rover` digər tərəfdə isə yük daşıyan `Terminator`. Hər ikisi İngiltərə istehsalı olmasına baxmayaraq görünüşdə bir-birlərinə heç uyğun gəlmirlər. Zadəgan maşını sayıla biləcək hardasa qlamur “Range Rover” axı həmdə yol kənarı maşınıdı. Veriliş elə avtomobilin keçmə qabiliyyətin yoxlamaq niyyətindədir.

“Terminator”un isə elə adı üstündədir. Amma bu maşının da fərqliliyi var, ola bilər bu fərqə görə maşın belə adlanır. Yük daşıyan maşın üzaqdan idarə olunur. Amma keçimlilik baxımından təkərləri elə “Range Rover” boyda olan maşının ilk baxışdan qalib olacağı düşünülür.

Yarış zamanı hər iki avtomobili sürürlər yox “dırmaşdırırlar” desək daha uyğun olar. Yarış zamanı adi gözlə çıxılması mümkün olmayan təpələri maşınlara rəqib edirlər.

Qalib...? qalibin hansı avtomobilin olmasın isə videoda izləyək.
← Geriyə
← Avtodünya
← Ana səhifə
Veb versiyaya keçid
© 2002-2015, FOX.AZ MMC
Bütün hüquqlar qorunur.
Saytın istehsalı və dəstəyi
Shukurzade & Company