FOX.AZ Mobil versiya
Mobil versiya
17.03.2014
2014-cü ilin yanvar-fevral aylarında 13 162 ədəd avtomobil idxal edilib.

Bu barədə məlumat Dövlət Statistika Komitəsindən verilib. İdxal edilən avtomobillərin 11 998-i insanların daşınması üçün nəzərdə tutulmuş avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2013-ci ilin yanvar-fevralında bu göstərici 12 856 ədəd təşkil edib.

Azərbaycana 2013-cü ildə 104 385 ədəd avtomobil idxal edib.

Bu rəqəm 2012-ci ildə 101 255 ədəd olub. İdxal edilən avtomobillərin 94 879-u insanların daşınması üçün nəzərdə tutulmuş avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2012-ci ildə bu göstərici 89 652 ədəd təşkil edib.

Bundan başqa, yanvarda ölkəyə 512 yük avtomobili idxal edilib. 2013-cü ilin eyni dövründə bu rəqəm 452-yə bərabər olub. Yanvarda idxal edilən avtomobillərin qalan hissəsi digər nəqliyyat vasitələri olub.

2013-cü ildə ölkəyə 7823 yük avtomobili idxal edilib. 2012-ci ildə bu rəqəm 9433-ə bərabər olub.

← Geriyə
← Avtodünya
← Ana səhifə
Veb versiyaya keçid
© 2002-2015, FOX.AZ MMC
Bütün hüquqlar qorunur.
Saytın istehsalı və dəstəyi
Shukurzade & Company