FOX.AZ Mobil versiya
Mobil versiya
17.03.2014
ABŞ-ın Texas ştatında fəaliyyət göstərən və xüsusi olaraq super bahalı avtomobillərin tüninqi ilə məşğul olan “Hennessy” şirkəti Azərbaycandan olan müştərinin sifarişi əsasında “Mercedes-Bens Gelandewagen G63 AMG” avtomobilini yenidən yığıb.

ABŞ mətbuatının verdiyi məlumata görə, sifarişçinin istəyi əsasında 5,5 litrlik biturbo mühərriklə təchiz edilmiş avtomobilin mühərrikinin gücü daha da artırılıb. Güc aqreqatının işçi həcmi 700 at gücünə qədər artırılıb, maksimal fırlanma anı 800-ə çatdırılıb.

Həmçinin sifarişçinin istəyinə uyğun olaraq avtomobilin salonunda və xarici görkəmində onun eksklüziv olduğunu göstərən yeniliklər edilib.

Amerikalı tüninqçilər avtomobilə həmçinin yeni təkər və disklər qoyub. Amerikanın avtomobil saytlarının birində yer alan xəbərə görə, avtomobil artıq Azərbaycan gömrüyünü keçərək ölkəyə daxil olub və sifarişçiyə çatdırılıb.

Xəbərdə o da vurğulanır ki, 2014-cü ilin modeli olan “Mercedes-Bens G63 AMG” avtomobillərinin “Hennesy” şirkəti tərəfindən tüninq edilmiş variantının qiyməti 500 min dollara qədər çıxa bilər.

 

← Geriyə
← Avtodünya
← Ana səhifə
Veb versiyaya keçid
© 2002-2015, FOX.AZ MMC
Bütün hüquqlar qorunur.
Saytın istehsalı və dəstəyi
Shukurzade & Company