FOX.AZ Mobil versiya
Mobil versiya
16.07.2014
Dünyanın ən məşhur avtomobil şirkəti olan BMW 1,6 milyon avtomobilini geri çağırıb.

Şirkət təhlükəsizlik yastığı problemi səbəbi ilə 2000-2006-cı illərdə istehsal etdiyi 3 seriyadan olan avtomobillərini geri çağırmaq qərarına gəlib.

BMW-dən verilən açıqlamada bildirilir ki, “Takata Corp” tərəfindən istehsal edilən təhlükəsizlik yastıqlarından istifadə edən digər avtomobil istehsalçıları problem yaşadığı üçün bu addım atılıb.

Qeyd edək ki, 1,6 milyon avtomobilin 1/3-i Amerika qitəsindədir.

Şirkət muştərilərindən bu barədə heç bir şikayət gəlmədiyini, lakin bu addımın gələcəkdə yarana biləcək təhlükələri sığortalamaq üçün atıldığını açıqlayıb.

← Geriyə
← Avtodünya
← Ana səhifə
Veb versiyaya keçid
© 2002-2015, FOX.AZ MMC
Bütün hüquqlar qorunur.
Saytın istehsalı və dəstəyi
Shukurzade & Company