FOX.AZ Mobil versiya
Mobil versiya
02.09.2014
Britaniyanın “Goldgenie” şirkəti qızıl korpusla təchiz edilmiş “iPhone 6” smartfonu üçün ilkin sifarişlərin qəbuluna başlayıb.

Həm ənənəvi (qızıl və ya platin korpus), həm də Svarovski kristallarından istifadə edilmiş aparatlar təklif edilir. Bundan başqa, cihazın arxa panelinə yeddi dövlətin (Küveyt, İraq, Bəhreyn, Oman, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ) gerbi həkk edilmiş “iPhone 6” smartfonunun 99 nüsxəsi satışa çıxarılacaq.

Şirkətin iddiasına əsasən, artıq bir neçə həftədən sonra bu smartfonu satın almaq mümkün olacaq. “Goldgenie” şirkətinin müştəriləri 4,7 düymlük ekranlı modelə ümid edə bilərlər.

Qızıl korpuslu standart versiyanın qiyməti 3500 dollar olacaq. Hazır məhsul qiymətli növə məxsus ağac qutuda tədarük olunur.

← Geriyə
← Texnologiya
← Ana səhifə
Veb versiyaya keçid
© 2002-2015, FOX.AZ MMC
Bütün hüquqlar qorunur.
Saytın istehsalı və dəstəyi
Shukurzade & Company