FOX.AZ Mobil versiya
Mobil versiya
04.09.2014
Ötən axşam Facebook sosial şəbəkəsində yaranan nasazlıq şirkətə ziyansız ötüşməyib.

Çərşənbə günü dünyanın ən çox istifadə edilən sosial şəbəkəsi Facebook-a daxil olmaqda problemlər yaranıb. İstifadəçilərin hesablarına daxil ola bilməməsi onları narahat etməyə başlayıb.

Sayta giriş bütün ölkələrdə eyni vaxtda dayanıb. Yaranmış bu problem təkcə istifadəçiləri deyil, şirkətin özünü də məyus edib. Belə ki, sosial şəbəkədə yaranan yarım saatlıq nasazlıq şirkətə yarım milyon dollardan çox ziyan vurub. Bəzi istifadəçilər isə başqa sosial şəbəkə hesablarında “Facebook bağlandı, polisə zəng edin” kimi postlar paylaşıblar.

Qeyd edək ki, belə bir hal iyun ayında da baş vermişdi və şirkət baş verən problemə görə istifadəçilərindən üzr istəmişdi.

← Geriyə
← Texnologiya
← Ana səhifə
Veb versiyaya keçid
© 2002-2015, FOX.AZ MMC
Bütün hüquqlar qorunur.
Saytın istehsalı və dəstəyi
Shukurzade & Company