FOX.AZ Mobil versiya
Mobil versiya
24.09.2014
Bakının motellərinin birində növbəti qarət hadisəsi qeydə alınıb. Aysel ona unudulmaz gecə bəxş edəcəyini vəd etmişdi, amma...

Bu dəfə hadisələr Babək prospektində yerləşən “Sərin” restoranının motelində baş verib. Bu barədə Vesti.Az-a Nizami rayon polis bölməsində bildiriblər.

Əldə olan məlumata müvafiq olaraq dünən gecə 23-cü polis bölməsinə 50 yaşlı Bakı sakini Emin Babayev (ad etik normalara görə dəyişdirilib) müraciət edərək “Sərin” motelində sentyabr ayının 21-də gecə saat 12.00-da cibindən 3 250 AZN və 200 dollar pul oğurlandığını bildirib.

Onun sözlərinə görə kişi xanımla kafedə tanış olub. O, özünü Aysel kimi təqdim edib və birlikdə istirahət etməyi təklif edib. Ona unudulmaz gecə vəd edib. Polisdə bildiriblər ki, cütlük moteldə nömrə tutublar, Babayev üst paltarını soyunub və hamam otağına daxil olub.

Bu zaman xanım ona bir neçə dəqiqəlik çıxmalı olduğunu narahat olmamasını söyləyib. Amma o, otaqdan çıxan kimi Babayev nəyinsə yolunda getmədiyini anlayıb və hamam otağından sıçrayaraq çıxıb, şalvarın ciblərini yoxlayıb, cibində pulların olmadığını görüb.

Buna baxmayaraq Babayevin digər aldanılan şəxs Qurbanovla müqayisədə bəxtinin gətirdiyini deyə bilərik. Bir neçə il öncə elə həmin 23-cü bölmənin əməkdaşları məzəli bir qarət hadisəsi ilə üzləşiblər. Motellərin birində kişinin pullarını şalvarı ilə bərabər oğurlayıblar.

Qadın kişini çimməyə göndərir, özü isə onun pulunu şalvarı ilə bərabər götürüb qaçır ki, kişi onu izləyə bilməsin. Qurbanov arvadına zəng edib ona evdən şalvar gətirməyi xahiş edib. Alt paltarında qayıtmağa utanıb, borc üçün isə heç kim şalvar verməyib.

Polisdə qeyd edildiyi kimi birinci fakt üzrə şübhəli bilinən qadın saxlanılmayıb. Bu istiqamətdə iş aparılır.

← Geriyə
← Kriminal
← Ana səhifə
Veb versiyaya keçid
© 2002-2015, FOX.AZ MMC
Bütün hüquqlar qorunur.
Saytın istehsalı və dəstəyi
Shukurzade & Company