FOX.AZ Mobil versiya
Mobil versiya
02.10.2014
Azərbaycanlı karateçi, dördqat dünya və yeddiqat Avropa çempionu Rafael Ağayevlə bağlı xoş olmayan məlumat yayılıb.

İdmançının Sumqayıt şəhərindəki şadlıq saraylarının birində keçirilən toy məclisində dava-dalaş saldığı iddia olunur.

Hadisə şahidlərinin verdiyi məlumata görə, toya dostları ilə gələn dünya və Avropa çempionu özünü heç də yaxşı aparmayıb. Belə ki, o, öncə əyləşdiyi stola qulluq edən ofisiantı ələ salıb. Ağayev əlindəki əşyanı ofisianta verərək, onu digər stolda əyləşən dostuna aparmağı tələb edib. Ofisiant həmin əşyanı göstərilən şəxsə aparıb.

Karateçinin dostu isə eyni əşyanı yenidən Ağayevə qaytarıb. Rafael isə yenidən ofisiantı dostunun yanına göndərib. Beləliklə, dostlar ofisiantı ələ salaraq ötür-ötür oynayıblar. Bu durumdan bezən ofisiant əlindəki əşyanı yaxınlıqdakı stolun üzərinə qoyub ordan uzaqlaşmaq istəyərkən, ayağa qalxan Ağayev onu vurub.

Maraqlıdır ki, bu zaman ətrafdakılardan heç kim olaya müdaxilə etməyib. Bir qədər sonra aranı sakitləşdirmək üçün hadisə yerinə gələn şadlıq sarayının inzibatçısının aqibəti daha pis olub.

Belə ki, dünya və Avropa çempionu qolunun gücünü ona daha pis göstərib və inzibatçını əməlli-başlı əzişdirib. Deyilənə görə, vəziyyəti yaxşı olmayan inzibatçı xəstəxanalıq olub.

(Rekord.az)

← Geriyə
← Kriminal
← Ana səhifə
Veb versiyaya keçid
© 2002-2015, FOX.AZ MMC
Bütün hüquqlar qorunur.
Saytın istehsalı və dəstəyi
Shukurzade & Company