FOX.AZ Mobil versiya
Mobil versiya
09.10.2014
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin Bakının Tbilisi prospektində yerləşən 13 saylı cərimə meydançasında bıçaqlanma hadisəsi baş verib.

İdarənin “Neptun” super marketinin arxasında yerləşən cərimə meydançasında taksi sürücüsü ilə meydançanın nəzarətçisi arasında mübahisə yaranıb.

Mübahisə sonradan qanlı davaya çevrilib və 90 FS 493 dövlət nömrə nişanlı “Daewoo Nexia” minik maşınının Nizami adlı sürücüsü meydançanın Yaqub adlı nəzarətçisini bıçaqlayıb.

Ağır yaralanan Yaqub təcili olaraq Kliniki Xəstəxanaya aparılıb.

Sürücü isə polislər tərəfindən tutulub.

Qanlı olay Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi tərəfindən araşdırılır.

← Geriyə
← Kriminal
← Ana səhifə
Veb versiyaya keçid
© 2002-2015, FOX.AZ MMC
Bütün hüquqlar qorunur.
Saytın istehsalı və dəstəyi
Shukurzade & Company