FOX.AZ Mobil versiya
Mobil versiya
03.11.2014
İstifadəçi marağına görə ikinci yeri 2,9% bazar payı ilə “Youtube” sosial şəbəkəsi tutub.

Azərbaycanda “Facebook” sosial şəbəkəsinin istifadəçilərinin sayı son bir ildə 23,3% artıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, “Global Stats” statistik mərkəzinin hesablamalarına əsasən, son bir ildə Azərbaycanda “Facebook” sosial şəbəkəsinin itifadəçilərinin sayı kəskin artsa da, “Youtube” və “Twitter” sosial şəbəkələri ilə bağlı vəziyyət fərqli olub.

Ölkəmizdə  “Facebook” sosial şəbəkəsinin payı 23,3 faiz artaraq sosial media bazarının 89,73 faizini təşkil edib.

İstifadəçi marağına görə ikinci yeri 2,9 faiz bazar payı ilə “Youtube” sosial şəbəkəsi tutub.

Üçüncü yerdə 2,24 faiz bazar payı ilə “Twitter” sosial şəbəkəsi yerləşib və onun bazar payında ötən illə müqayisədə azalma müşahidə olunur.
“Odnoklassniki” şəbəkəsinin Azərbaycanda bazar payı 1 faizdən aşağı düşüb, halbuki, ötən ilin müvafiq dövründə bu rəqəm 5,11 faiz təşkil edirdi.

← Geriyə
← Texnologiya
← Ana səhifə
Veb versiyaya keçid
© 2002-2015, FOX.AZ MMC
Bütün hüquqlar qorunur.
Saytın istehsalı və dəstəyi
Shukurzade & Company