FOX.AZ Mobil versiya
Mobil versiya
05.11.2014
Televiziyalarda serialların çəkilməsi üçün ölkə başçısı sərəncamı ilə vəsait ayrılır. Amma bu seriallarda nələrin təbliğ olunduğuna diqqət yetirilməlidir.

Bu seriallarda narkomaniya, cəzaçəkmə müəssisələrindəki “vor zakon”lar və əxlaqsızlıq yuvaları təbliğ olunur. Bu sözləri millət vəkili Çingiz Qənizadə 2015-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı səsləndirib.

O bildirib ki, seriallara baxan zaman öldürmək, atmaq və narkotik satmaq kimi mənfi halları müşahidə edirsən:

“Cənab prezident serialların çəkilməsi üçün humanistlik göstərib. Amma biz sadaladığımız halların şahidi oluruq. Hesab edirəm ki, bunlara nəzarət edən bir qurum lazımdır. Bu sahədə biabırçılıqdır”.

(Qafqazinfo.az)

← Geriyə
← Gündəlik həyat
← Ana səhifə
Veb versiyaya keçid
© 2002-2015, FOX.AZ MMC
Bütün hüquqlar qorunur.
Saytın istehsalı və dəstəyi
Shukurzade & Company