FOX.AZ Mobil versiya
Mobil versiya
20.11.2014
Bakının Səbail rayonunda zorlanma hadisəsi baş verib, bu dəhşətli hadisənin qurbanı isə azyaşlı qız olub.

Bu barədə Vesti.Az-a Səbail rayon Polis İdarəsində bildiriblər. Noyabrın 19-da 35 yaşlı qadın polisə müraciət edərək bildirib ki, oktyabrın 20-də axşam saat 20.00-da Qız qalası yaxınlığında onun 13 yaşlı qızı Rəhimə Bəşirova (ad etik normalara görə dəyişdirilib) təcavüzə məruz qalıb.

Qadın qızına təcavüz edənin adını bilmir. Onun sözlərinə görə, qızı təcavüzə məruz qaldığını gec deyib. Hal-hazırda polislər təcavüzkar uşaqbazın kimliyini aşkar etməklə məşğuldurlar.

Fakt üzrə araşdırmanı rayon prokurorluğu aparır.

← Geriyə
← Kriminal
← Ana səhifə
Veb versiyaya keçid
© 2002-2015, FOX.AZ MMC
Bütün hüquqlar qorunur.
Saytın istehsalı və dəstəyi
Shukurzade & Company