FOX.AZ Mobil versiya
Mobil versiya
20.11.2014
Dünyada 600 milyon istifadəçisi olan WhatsApp smartfonlar üçün ani mesajlaşma mübadilə sistemi istifadəçilərinə təhlükəsizlik funksiyasını təqdim edəcək.

Yeni funksiyası Android sistemində fəaliyyətə başlayacaq olan WhatsApp-da yazışmalar artıq şifrələnə biləcək.

Yazışmalar sadəcə mesajı göndərənə və qəbul edənə şifrəsiz görünəcək. Bununla da heç bir şəkildə yazışmaların orijinal variantını tapmaq mümkün olmayacaq. WhatsApp-dakı bu yeni funksiya yazışmaların kompüterdən hakerlərin və təhlükəsizlik mərkəzlərinin əlinə keçməsinin qarşısı alınacaq.

WhatsApp yazışmaların şifrələnməsi üçün Open Whisper Systems adlı təhlükəsizlik şirkəti ilə razılığa da gəlib. Şirkət WhatsApp-da yazışmaları yeni yaratdılan TextSecure adlı sistemlə qoruyacaq.

WhatsApp-ın bu addımı cinayətkarların və radikal meyilli quruplaşma üzüvlərinin daha rahat tapılması üçün yazışmaların şifrələnməməsini istəyən kəşfiyyat və təhlükəsizlik quruluşlarının narazılığına səbəb olacağı gözlənilir.

Onu da qeyd edək ki, dünyanın ən böyük sosial şəbəkəsi olan Facebook WhatsApp-ı fevral ayında təxminən 22 milyard dollara aldığını açıqlamışdı.

← Geriyə
← Texnologiya
← Ana səhifə
Veb versiyaya keçid
© 2002-2015, FOX.AZ MMC
Bütün hüquqlar qorunur.
Saytın istehsalı və dəstəyi
Shukurzade & Company