FOX.AZ Mobil versiya
Mobil versiya
28.11.2014
“Barselona” futbol klubunun hücumçusu Lionel Messi Londonun “Çelsi” klubuna keçmək fikrinə düşüb.

O, öz qüvvəsini digər çempionatda sınamaq istəyir və premyer-liqa onun üçün prioritet variantdır.

Qeyd edildiyi kimi 27 yaşlı futbolçunun cari ildə “Çelsi”yə keçən dostu Sesk Fabreqas Messini onun gələcəyinin Londonun “Stemford Bridc” stadionu ilə bağlı olduğuna inandırmağa çalışır.

Sazişə “Çelsi”nin baş məşqçisi Joze Mourinyo razılıq verib. İdman ekipirovkası istehsalçısının argentinalı forvardın transferinin məbləğinin bir hissəsini ödəyəcəyi gözlənilir, transfer isə 250 milyon avro məbləğində dəyərləndirilir.

Lionel Messi “Barselona”da 2003-cü ildən çıxış edir. Dünya çempionatının gümüş mükafatçısı 2014-cü ilin mayında “Barselona” ilə müqaviləsini 2019-cu ilə qədər uzadıb.

Noyabrın 23-dən 26-na qədər Messi ispan birinciliyinin və Avropa klub turnirinin ən yaxşı bombardmançısı olub.

← Geriyə
← İdman və sağlamlıq
← Ana səhifə
Veb versiyaya keçid
© 2002-2015, FOX.AZ MMC
Bütün hüquqlar qorunur.
Saytın istehsalı və dəstəyi
Shukurzade & Company