FOX.AZ Mobil versiya
Mobil versiya
09.12.2014
“Fənərbaxça” və “Qalatasaray” sosial şəbəkədə ən çox izlənilən 10 klub arasında yer alıb.

İngiltərə mətbuatı Twitter, Facebook, Instagram və YouTube-da izlənmə sayı əsasında dünyanın ən məşhur futbol klublarını müəyyən edib.

İspaniyanın “Real” Madrid və “Barselona” hər cəhətdən rəqiblərini geridə qoyur.

“Qalatasaray” 4,5 milyon izləyici ilə Twitter-də 5-ci klubdur. “Fənərbaxça”nın isə 3,7 milyon izləyicisi var. Dünya üzrə bu göstəricidə 7-cidir. “Sarı-qırmızılı”lar 650 min nəfərlə “İnstagram”da ən çox izləyicisi olan 10-cu klubdur.

“Real” Madrid Twitter-də 13,8 milyon, Instagram-da 4,9 milyon, YouTube-də 1,6 milyon izləyicisi var. “Barselona”nın isə Facebook səhifəsində 79,1 milyon beyənmə var və Kataloniya klubu bu göstərici ilə dünyada rəqib tanımır.

İlk onluqda olan klublar aşağıdakılardır:

“Real” Madrid, “Barselona”, “Fənərbaxça”, “Qalatasaray”, “Arsenal”, “Çelsi”, “Mançester Yunayted”, “Mançester Siti”, “Liverpul”, “PSJ”, “Milan”, “Juventus”, “Bavariya”, “Santos” və “Korinthians”.

(ANS)

← Geriyə
← İdman və sağlamlıq
← Ana səhifə
Veb versiyaya keçid
© 2002-2015, FOX.AZ MMC
Bütün hüquqlar qorunur.
Saytın istehsalı və dəstəyi
Shukurzade & Company