FOX.AZ Mobil versiya
Mobil versiya
10.12.2014
Çempionlar Liqasının qrup mərhələsində VI tura start verilib. “Cim-Bom”a 1:4 hesabı ilə qalib gələn “Arsenal” qrup ikincisi olub.

Baş tutan 8 qarşılaşma ilə 4 qrupda mübarizəyə yekun vurulub. Bu görüşlərlə 1/8 finala daha 3 vəsiqənin sahibi müəyyənləşib.

Belə ki, A qrupunda “Atletiko” ilə birlikdə mərhələ adlayan 2-ci komanda bəlli olub. Bu, Turində Madrid klubu ilə 0:0 hesablı heç-heçə edən “Yuventus” olub.

B qrupunda isə “Real”ın ardınca 2-ci pilləyə “Bazel” yüksəlib. İsveçrə təmsilçisi səfərdə “Liverpul”la bərabərə qalıb – 1:1.

C qrupunda növbəti xoşbəxt “Monako” olub. Fransa klubu “Zenit”i 2:0 hesabı ilə məğlub etməklə, adını 1/8 finala yazdırıb. “Bayer”in səfərdə “Benfika” ilə görüşdə xal itirməsi onları qrup lideri edib.

Türkiyə “Qalatasaray”ının sonuncu yeri tutduğu D qrupunda isə VI tur yalnız 1-ci yer baxımından maraq doğurub. “Cim-Bom”a 1:4 hesabı ilə qalib gələn “Arsenal” qrup ikincisi olub. Almaniyada “Anderlext”lə heç-heçəyə (1:1) razılaşan “Borussiya” isə növbəti mərhələyə lider kimi adlayıb.

Çempionlar Liqası

VI tur

9 dekabr

A qrupu

“Yuventus” – “Atletiko” - 0:0

“Olimpiakos” – “Malmö” - 4:2
Qollar: Fuster, 22, Dominqes, 63, Mitroqlou, 87, Afellay, 90 - Kroon, 59, Rosenberq, 81

B qrupu
“Real” – “Ludoqorets” - 4:0
Qollar: Ronaldo, 20-pen, Beyl, 38, Arbeloa, 80, Medran, 88

“Liverpul” – “Bazel” - 1:1
Qollar: Cerrard, 81 - Frey, 25

C qrupu
“Benfika” – “Bayer” - 0:0

“Monako” – “Zenit” - 2:0
Qollar: Abdennur, 63, Fabino, 89

D qrupu

“Qalatasaray” – “Arsenal” - 1:4
Qollar: Sneyder, 89 - Podolski, 3; 90+3, Remsi, 11; 29 

“Borussiya” – “Anderlext” - 1:1
Qollar: İmmobile, 58 - Mitroviç, 84

← Geriyə
← İdman və sağlamlıq
← Ana səhifə
Veb versiyaya keçid
© 2002-2015, FOX.AZ MMC
Bütün hüquqlar qorunur.
Saytın istehsalı və dəstəyi
Shukurzade & Company