FOX.AZ Mobil versiya
Mobil versiya
11.12.2014
Bu ilin 11 ayında Bakıda yol hərəkəti qaydalarını pozan sürücülər və piyadalar barəsində 708 min inzibati protokol tərtib edilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, bu il yanvarın 1-dən dekabrın 6-na qədər paytaxt ərazisində 850 yol qəzası baş verib.

Nəticədə 290 nəfər ölüb, 861 nəfər xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol qəza hadisələrin sayı 84, ölüm sayı 25, yaralı sayı isə 76 fakt azalıb.

V. Əsədov, hesabat dövründə paytaxt ərazisində 708.085 inzibati protokol tərtib edildiyini bildirib. Tərtib edilən protokolların 9450-si sərxoş sürücü, 3719 polisin saxla əmrinə tabe olmama, 10740 -ı işıqforun qırmızı işığında keçmə, 3854-ü pərdə və plyonkadan istifadə etmə, 132 754-ü piyada keçidindən istifadə etməyən (2,6 milyon manata yaxın cərimə deməkdir - red.) şəxslərin payına düşür.

Şöbə rəisi, həmçinin baş verən qəzaların 51%-nin piyadaların vurulması ilə nəticələndiyini bildirib.

Qeyd edək ki, piyadaların İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinə əsasən piyada keçidindən istifadə etmədiyi üçün 20 manatlıq cərimə tətbiq olunur.

← Geriyə
← Kriminal
← Ana səhifə
Veb versiyaya keçid
© 2002-2015, FOX.AZ MMC
Bütün hüquqlar qorunur.
Saytın istehsalı və dəstəyi
Shukurzade & Company