FOX.AZ Mobil versiya
Mobil versiya
12.12.2014
Paltardəyişmə otağında ofsayd qərarı verən yan xətt hakimini gördüm. Onu vurmaq üçün əllərim gicişirdi. Lakin karyeramı korlamamaq və ciddi cəza almamaq üçün divara zərbə endirdim.

Bu sözləri “Qarabağ”ın futbolçusu Riçard Almeyda Avropa Liqasının qrup mərhələsinin son turunda “İnter”lə keçirilən oyundan sonra (0:0) deyib.

Braziliyalı futbolçu matçın son dəqiqələrində vurduğu qolun baş hakim tərəfindən qeydə alınmamasına belə münasibət bildirib:

“Paltardəyişmə otağında hər kəs əsəbi idi. Çünki bir nəfərin axmaq səhvi bütün əziyyətimizi heçə endirdi. Qələbəmiz oğurlandı.

Hakim belə qərar verdi. Çünki “İnter" dünyanın nəhəng klublarından biridir. Kiçik komandaların böyük klublara qalib gəlməsinə icazə verilməyəcək. Həmin səhv olmasaydı, biz “Qarabağ” və Azərbaycan futbolunda tarix yazacaqdıq. Təəssüf ki, futbol belədir”.

← Geriyə
← İdman və sağlamlıq
← Ana səhifə
Veb versiyaya keçid
© 2002-2015, FOX.AZ MMC
Bütün hüquqlar qorunur.
Saytın istehsalı və dəstəyi
Shukurzade & Company