FOX.AZ Mobil versiya
Mobil versiya
20.12.2014
Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov görüşdən sonra fikirlərini bölüşüb.

Azərbaycan Boks Federasiyasından daxil olan məlumata görə Məcidov bildirib ki, o sadəcə öz üzərinə düşən işi gördüb.

“Əslində istəmirdim ki, döyüş belə tez qutarsın. Heç olmasa 6 raundun üçündə rinqdə olmaq istəyirdim. Amma belə alındı. Mən sadəcə öz üzərimə düşən işi gördüm”.

Superağır çəki dərəcəsindəki təmsilçimiz APB-dəki rəqiblərini dəyərləndirib: “Ilk döyüşə çıxmadığımdan digər boksçulardan bir görüş az keçirmişəm. Hələ ki +91 kq-da mərakeşli Məhəmməd Arjaou ilə almaniyalı Erik Pfayfer 3  qələbə qazanıb. Onların hər ikisi güclü boksçudur”.

Məcidov artıq formaya düşdüyünü və bu çəkidə istənilən rəqiblə üz-üzə gələ biləcəni deyib: “Boksda çox nadir hallarda 100 faiz formada olursan. Yavaş-yavaş formaya düşürəm. Ötən görüşdən fərqli olaraq Əhməd Samirlə qarşılaşmada rinqi daha yaxşı hiss edirdim. Milli komandanın düşərgəsində yaxşı hazırlıq keçdik. Ola bilsin ki, növbəti döyüşü Omarovla keçirdim.  Özümü yaxşı hiss edirəm və yanvarda, 3-cü qələbəmi qazanmağa çalışacam”. - boskçu bildirib.

 

← Geriyə
← İdman və sağlamlıq
← Ana səhifə
Veb versiyaya keçid
© 2002-2015, FOX.AZ MMC
Bütün hüquqlar qorunur.
Saytın istehsalı və dəstəyi
Shukurzade & Company