FOX.AZ Mobil versiya
Mobil versiya
30.12.2014
Desəm ki, əla oxumuşam, yalan olar. Qiymətlərin “üç”, “dörd” olub. Buna baxmayaraq sinif nümayəndəsi idim.

Fikir versəniz görərsiniz ki, sinifdə ən zəif oxuyanlar çox qabağa gedir. Bu paradoksdu. Çox yaxşı oxuyanlara elə gəlir ki, onlar hər şeyi bilir. Hədəfləri sadəcə ali məktəbə qəbul olunmaq olur. Vəssalam. Amma zəif oxuyan uşaq daim özünü sınayır, nəyəsə çatmağa can atır. Müxtəlif işləri “prob” edir. Özünü tapana qədər başı daşdan daşa dəyir.

Bunu Lent.az-a müsahibəsində tanınmış müğənni Ədalət Şükürov bildirib. Ədalət Şükürov müsahibəsində həmçinin ən çox sevdiyi fənnin coğrafiya olduğunu da qeyd edib:

“Fizika, kimya, riyaziyyat mənlik deyil. Müəllimlər məndən inciməsin, mənə botanika, kimya heç vaxt lazım olmadı. Amma coğrafiya çox lazım oldu. Dünyanı gəzmək üçün.

İlin sonunda baxıram ki, hamının övladı ali məktəbə qəbul olub. Yəni hamı belə yaxşı oxuyur? İmtahanda abituriyentə verilən suallara hərdən müəllim özü cavab verə bilmir. Test sualları ağır və lazımsızdır. Uşağa loqorifm keçirlər. Heç kimə heç vaxt lazım olmayacaq loqorifm. Yazıqdılar. Uşaqları imtahanlarda belə yükləmək olmaz.

Məsələn, xaricdə birinci uşağın dünya görüşünü yoxlayırlar. Bu dəqiqə uşaqdan soruş ki, göydəki ən böyük ulduz hansıdı? Bilməyəcəklər. Mən loqorifmi nə edim? Məktəblərdə mütləq xalq rəqsləri keçirilsin. Uşaqlar toylarda gözəl rəqs eləməlidir.

Hər bir valideyn onun övladı toyda gözəl rəqs edəndə onunla fəxr edir. Sonra din dərsləri keçilsin. Uşaqların dinlə bağlı təsəvvürləri olsun. Bizim bir dini kitabımız var. Quranı Kərim. Bu kitabda neçə ayə var, müqəddəslərimizin adlarını bilməlidi uşaq. Kəlmeyi şəhadətini bilməlidi. Mən nə edirəm lazım olmayan həndəsəni, kimyanı, fizikanı, biologiyanı? Lazımsız şeylərdir. Bunları yığışdırmaq lazımdır. Uşaq özü konkret xoşlayarsa, qoy özü oxusun.

← Geriyə
← Şou-biznes
← Ana səhifə
Veb versiyaya keçid
© 2002-2015, FOX.AZ MMC
Bütün hüquqlar qorunur.
Saytın istehsalı və dəstəyi
Shukurzade & Company