FOX.AZ Mobil versiya
Mobil versiya
22.01.2015
Dünyanın məşhur WhatsApp ani məlumat paylaşımı (messencer) mobil proqramını istehsal edən şirkət onun veb-versiyasını da işə salıb.

Dünyanın məşhur WhatsApp ani məlumat paylaşımı (messencer) mobil proqramını istehsal edən şirkət onun veb-versiyasını da işə salıb.

Indi proqramı masaüstü kompüter yaxud noutbukda da istifadə etmək olar. Hələlik o, yalnız Google Chrome brauzerində işləyir.

Veb-versiyada qeydiyyatdan keçmək üçün QR-kodlar sistemindən istifadə tələb olunur. Bunun üçün messencerə öz akkauntunuzla daxil olmalı, kompüterin ekranından QR-kodu oxumalısız. Bu zaman WhatsApp-ın versiyasının yenilənmiş olması vacibdir. Bundan sonra hər iki versiya – kompüter və mobil versiya əlaqələnirlər.

Yeni versiya yalnız Android, Windows Phone və BlackBerry-də işləyir. iOS (iPhone, iPad) üçün proqram hələ buraxılmayıb.

 

← Geriyə
← Texnologiya
← Ana səhifə
Veb versiyaya keçid
© 2002-2015, FOX.AZ MMC
Bütün hüquqlar qorunur.
Saytın istehsalı və dəstəyi
Shukurzade & Company