FOX.AZ Mobil versiya
Mobil versiya
02.03.2015
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna yanvar ayının 1-dək yığılan vəsaitin həcmi açıqlanıb.

Mart ayının 1-dək 61 milyon 653 min 116 manat, 211 min 791 ABŞ dolları və 593 avro vəsait yığılıb.

Xatırladaq ki, 1 fevral 2015-ci il tarixinə kimi Yardım Fonduna 60 mln. 904 min 284 manat, 211 min 791 dollar və 593 avro vəsait köçürülüb.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədi ilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.

← Geriyə
← Qaynar olaylar
← Ana səhifə
Veb versiyaya keçid
© 2002-2015, FOX.AZ MMC
Bütün hüquqlar qorunur.
Saytın istehsalı və dəstəyi
Shukurzade & Company