FOX.AZ Mobil versiya
Mobil versiya
11.05.2012
Fransız Şarkotkasında piroqun xəmiri isladılmış çörək dilimlərindən hazırlanır. Rusiya versiyasında isə çörək yerinə sadə biskvit xəmiri hazırlanaraq almaların üstünə tökülür.

 

Ərzaqlar:

 

5 ədəd turşməzə alma (1 kq)

1 xörək qaşığı çörək qırıntısı (suxari)

bir-iki çimdik darçın (zəruri deyil)

4 ədəd yumurta, o da hərarətində (soyuducudan hardasa 30 dəqiqə əvvəldən çıxardın)

1 stəkan şəkər tozu

1 stəkan un

bir çimdik vanil və ya bir neçə damcı vanil ekstraktı

şəkər kirşanı (pudrası), üstü üçün

1. Əvvəlcə almaları soyun. Sonra 4 hissəyə bölüb, hər hissəni nə çox nazik, nə də çox qalın dilimlərə doğrayın.

2. Kənarları çıxan tort formasının (23 cm diametri olan) dibini və kənarlarını yağlayın. Əgər belə formanız yoxdursa, onda adi formadan da istifadə edə bilərsiniz. Dibinə çörək qırıntısı səpin. Alma dilimlərini formaya yığın. Əgər istəyirsinizsə, üstünə  bir az darçın səpin.

3. İri qabda yumurta və şəkəri kütlənin rəngi açıq sarı olana qədər mikserlə çalın. Nə qədər çox çalsanız piroqunuz bir o qədər yaxşı şişər. İçinə vanil və unu əlavə edib, bir az da çalın.

4. Alınan kütləni almaların hər tərəfinə tökün. Qarışdırmayın.

5. Sobanı 180C-dək qızdırın. Piroqu 1 saat ərzində üstü qızaranadək bişirin. Piroqun hazır olub olmamasını yoxlamaq üçün içərisinə kibrit batırıb çıxardın – çıxan kibritə xəmir yapışmayıbsa¸ piroqunuz hazırdır. Piroq  öz formasında bir qədər soyuduqdan sonra, onu formadan çıxardın. Üstünə şəkər kirşanı səpin və süfrəyə verin. Bu piroq istiykən də çox ləzzətli olur - üstünə bir az dondurma qoyub yeyin. Nuş olsun!

 


Azcookbook

← Geriyə
← Kulinariya
← Ana səhifə
Veb versiyaya keçid
© 2002-2015, FOX.AZ MMC
Bütün hüquqlar qorunur.
Saytın istehsalı və dəstəyi
Shukurzade & Company