FOX.AZ Mobil versiya
Mobil versiya
06.09.2012
Azərbaycanda balıq buğlamasının bir çox növü var. Onlardan biri burada gördüyünüz bölgə (beluqa) balığından hazırlanan buğlamadır.

Bölgə balığınız yoxdursa, onu bişdiyində dağılmayacaq hər hansı bir balıq növüylə əvəz edə bilərsiniz.

1 kilo bölgə balığı (beluqa) - tikələrə bölünmüş

2 ədəd pomidor - qabığını soyub, doğrayın (2 stəkan alınmalıdır)

1 ədəd yaşıl  bibər - doğrayın (1 stəkan alınmalıdır)

1 ədəd kərəviz sapı - doğrayın (yarım stəkan alınmalıdır)

yarım stəkan doğranmış cəfəri

2 ədəd dəfnə yarpağı

1 ədəd kiçik limon - 4 dilimə kəsilmiş

4 xörək qaşığı kərə yağı

duz, istiot

Qazan və ya dərin tavanın dibinə balıqları düzün. Duz-istiot səpin. Qalan ərzaqları bu qaydada  balığın üstündən lay-lay düzün - pomidor, bibər, kərəviz, cəfəri, dəfnə, limon, kərə yağı. Qazanın qapağını örtün və buğlamanı vam oddan təxminən 30 dəqiqə ərzində, və yaxud balıq bişənədək bişirin. Çörəklə süfrəyə verin.  Nuş Olsun!

Azcookbook

← Geriyə
← Kulinariya
← Ana səhifə
Veb versiyaya keçid
© 2002-2015, FOX.AZ MMC
Bütün hüquqlar qorunur.
Saytın istehsalı və dəstəyi
Shukurzade & Company